Rusiya Polşa diplomatlarının hərəkətini məhdudlaşdırmaq üçün cavab tədbirləri görəcək ki, Rusiyaya nifrət edən Polşa elitası peşman olsun.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Təfərrüat hələ məlum deyil. Polşa Xarici İşlər Nazirliyinin notası açıqlanıb. Biz onu alandan sonra araşdırıb, cavab tədbirləri görəcəyik ki, rus nifrətində boğulan Polşa elitası növbəti antirusiya addımlarına görə qəti şəkildə peşman olsun”, - o bildirib.
Qeyd edək ki, bundan öncə Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə örazisində rus diplomatların hərəkətini məhdudlaşdırdıqlarını açıqlamışdı. Belə ki, Rusiya səfirliyinin əməkdaşları yalnız paytaxtda hərəkət edə biləcəklər, konsulluq əməkdaşları isə işlədiyi regiondan kənara çıxa bilməz. Məhdudiyyət halnız səfirin özünə tətbiq edilməyəcək.
- Dəqiqədə 700 min dollardan çox qazanıblar…
- Xəstəxananın damında “Əzrail” peyda oldu - Foto
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib