“Kontakt”dan daha bir yenilik - 2 saata qapında xidməti

09:50 - 29 May 2024 - GÜNDƏM

 “Kontakt”dan daha bir yenilik - 2 saata qapında xidməti

Missiyası sevinc daşımaq olan “Kontakt” mağazalar şəbəkəsi “2 saata qapında” adlı yeni xidməti ilə sözün əsl mənasında sevincinizi düz qapınıza kimi çatdırmağa başlayır.

Belə ki, artıq onlayn smartfon sifarişlərinizin gəlməsini bir neçə gün gözləmək lazım deyil. Şəbəkənin heç yerdə görülməmiş bu xidmətinə əsasən, onlayn sifarişdə istənilən növ smartfon və klassik düyməli telefonlar heç bir əlavə ödəniş olmadan 2 saata qapınıza çatdırılır. Üstəlik, smart-saat, qulaqlıq, adapter kimi digər rəqəmsal məhsulları da smartfonlarla birlikdə əldə etmək mümkündür.

Bəli, düz başa düşdünüz! Mağazaya gəlmədən, sifarişləri günlərlə qapıda gözləmədən smartfon sahibi ola bilirsiniz. Əgər siz Bakı şəhəri ərazisində yaşayırsınızsa, onda sadəcə:

- saat 09:00-dan 17:00-dək “kontakt.az” saytında smartfon sifarişinizi rəsmiləşdirib, təsdiqləyirsiniz;

Bu xəbər hal-hazırda çox oxunur
SON DƏQİQƏ: Əhəd Abıyev saxlanılıb?

- pulsuz çatdırılma ilə 2 saat sonra qapınızdan təhvil alırsınız.

Qeyd edək ki, bu xidmətdən istifadə edərkən heç bir ödəniş məhdudiyyəti də yoxdur. Məhsulun ödənişini həm nağd, həm hissəli, həm də taksit kartları ilə edə bilirsiniz.

Bu unikal xidmət barədə daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Elə isə, daha gözünüz yolda qalmasın. Xəyalınızdakı smartfon və digər kiçik rəqəmsal avadanlıqlar sizə 2 saatlıq məsafədədir! Geri sayım başladı! 02:00... 01:59...01:58...


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol