Aygün Kazımova: “Mənə elçi gəlməyib, məni ərim qaçırıb” – VİDEO

06:29 - 16 İyun 2024 - MAQAZİN

 Aygün Kazımova: “Mənə elçi gəlməyib, məni ərim qaçırıb” – VİDEO

“Heç vaxt elçilikdə olmamışam. Heç bilmirəm elçilik necə baş verir. Çox maraqlıdır. Amma ənənələr çox gözəldir”.

BUTA.TV xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib. Sənətçi bildirib ki, ona heç zaman elçi gəlməyib. Pop diva illər əvvəl həyat yoldaşı İlqar İbrahimov tərəfindən qaçırıldığını açıqlayıb:

“Mənə elçi gəlməyib. Məni qaçırdıblar. Müəllimim, bəstəkar Vaqif Gərayzadənin bizə məşq keçdiyi klubda idim. Bu hadisə 29 dekabrda baş verib. Oradan çıxanda həyat yoldaşım İlqar məni qaçırdı. Heç elə bir günü unutmaq olar? Bizim ailələrimiz dostluq edirdi. İlqar mənə söylədi ki, “axşam saatlarıdır, səni məşqdən mən yola salacağam”. Məndə razılaşdım. Elə o yola salmaqla da məni qaçırdı”.

Proqramın aparıcısı Zaur Baxşəliyevin “Niyə məhz İlqarənin atasını seçdiniz?” sualına A.Kazımovanın cavabı belə olub:

“Bilirdim axı qızım İlqarənin atası İlqar olacaq (gülür). İlqarın anası və mənim anam rəfiqə idilər. Onlar bir-biri ilə çox yaxın idilər. Allah onlara rəhmət eləsin. Qardaşım da, Allah ona da rəhmət eləsin, İlqarla birlikdə qarmonda ifa edirdilər və onlar bir-biri ilə tanış idilər. Mən amma onları tanımırdım. Çünki o zamanlar balaca idim. İlqarın anası və özü bizə gəlirdi, qardaşımla məşqlər edirdi. Guya məşq edirdilər (gülür)”.


Bu xəbər hal-hazırda çox oxunur
Zeynal Usubov məşhur restoranda bıçaqlandı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol