Rəis müavinini elektrik cərəyanı vurub öldürdü - Yenilənib

13:10 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Rəis müavinini elektrik cərəyanı vurub öldürdü - Yenilənib

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

BUTA.TV” APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

Hacıqabul sakini 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksəkgərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

***

“Azərişıq” ASC-dən “BUTA.TV”ya bildirilib ki, həyatını itirən şəxs bu qurumun əməkdaşı deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol