Mirziyayev Paşinyanı təbrik etdi

12:36 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Mirziyayev Paşinyanı təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə telefon danışığı aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Mirziyayev Paşinyanı Ermənistan Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib və Ermənistanın ardıcıl inkişafının təmin olunması naminə ona uğurlar arzulayıb.

Tərəflər Ermənistan-Özbəkistan münasibətlərinin inkişafı və ikitərəfli gündəmlə bağlı məsələləri müzakirə ediblər. Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl addımların atılmasının vacibliyi vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol