Azərbaycanın ağırlıqqaldıranı Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı idmançılar arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa birinciliyində 3 medal qazanıb.
BUTA.TV xəbər verir ki, ötən gün körpücük üzərinə çıxan Elman Kurdanov yarışı iki gümüş, bir bürünc mükafatla başa vurub.
O, yaşı 15-ə qədər olan atletlər arasında 67 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.
Atlet birdən qaldırmada 100 kiloqramı ram edərək bu hərəkətdə Avropa üçüncüsü olub.
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video
Təkanla qaldırmada 124 kiloqramı başı üzərinə qaldıran idmançı bu hərəkətdə gümüş medal əldə edib.
E.Kurdanov cəmi 224 kiloqram (100+124) nəticə ilə yekun sıralamada da gümüş medal qazanıb.
Qeyd edək ki, daha əvvəl bu yarışda Kamran Xappayev (61 kiloqram) üç qızıl, Malikə Biçekuyeva (55 kiloqram) isə iki bürünc medal əldə edib.
- Husilər Səudiyyəyə hücum etdi: yaralılar var
- Bolqarıstanda hərbi zavoddakı partlayışın səbəbi nədir?
- Fidan və Arakçı Səudiyyəyə hücumdan danışdı
- Rusiyada bu hava limanları bağlandı
- Putin və Tokayev görüşdü
- Bu ölkə İranla görüşlərdən imtina etdi
- Tramp onu güclü lider adlandırdı: Səbirsizliklə gözləyirəm
- Rusiya kateri Qara dənizdə belə vuruldu - Video