Şimali Koreya rəsmisi rusiyalı nazirləri görüş keçiriləcək zaldan qovub.
BUTA.TV xarici mediaya istinadla xəbər verir ki, buna səbəb kimi isə Şimali Koreya lideri Kim Çen Inın içəri girməzdən əvvəl rusiyalı nazirlər və hökumət üzvlərinin zala daxil olaraq əyləşməsi göstərilib. “The Moscow Times” verdiyi xəbərə görə, hadisənin görüntüləri Şimali Koreya mediası tərəfindən canlı yayımlanıb.
Zala birinci daxil olan xarici işlər naziri Sergey Lavrov masa arxasında oturarkən yorğunluqdan əsnəyir, bundan sonra masanın üzəri nə iləsə çirkləndiyindən şikayətlənir. Onun yanında baş nazirin birinci müavini Denis Manturov və baş nazirin müavini Vitali Savelyev oturublar.
Yayımlanan kadrlarda baş nazirin müavini Aleksandr Novak, müdafiə naziri Andrey Belousov, səhiyyə naziri Mixail Muraşko və Roskosmosun rəhbəri Yuri Borisov da yer alıb.
Pərdə arxasında Şimali Koreyadan olan bir məmur rusiyalı nazirlərə tez “zaldan çıxın" əmrini verir.
“Biz bura niyə gəldik? Siz bizə dərhal xəbərdarlıq etməli idiniz...”, - rusiyalı nazirin sualı qarşısında koreyalı məmur çaşqınlıq içində qalır.
Şimali Koreya rəsmisi ancaq bunu deyə bilir: "Birinci bizim liderimiz daxil olacaq".
Bu sözlərlə efir kəsilir, ardınca Vladimir Putin və Kim Çen Inın rəhbərlik etdiyi geniş formatda Rusiya-Şimali Koreya danışıqlarının bir qədər gec başladığı boş görüş otağının görüntüləri yayılır.
Північнокорейський чиновник вигнав із зали засідань міністрів уряду РФ, які поспішили зайняти приміщення до того, як туди увійшов лідер КНДР Кім Чен Ин pic.twitter.com/CRTy0QyKOw — NV (@tweetsNV) June 19, 2024
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək