Nazir bu müəllimlərin 1/3-ni yola salır - Səbəb

10:46 - 28 İyun 2024 - GÜNDƏM

 Nazir bu müəllimlərin 1/3-ni yola salır - Səbəb

Təsəvvür edin, Astara Pedoqoji Kolleci adlanan təhsil müəssisəsinə əvvəllər kənd yerindən 2 inək sataraq daxil ola bilirdilər.

Bunu BUTA.TV-a təhsil eksperti Elşən Qafarov elm və təhsil naziri Emin Əmrullayevin kollec məzunu olan müəllimlərlə bağlı sözlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, qeyri-qanuni şəkildə kolleclərə qəbul olan həmin şəxslər dərslərdə belə iştirak etmədən sonda diplom alıblar:

“Elələri var ki, mövsümdən-mövsümə təhsil müəssisəsinin qapısını açıb, direktorla görüşüb, bir gün də olsa, parta arxasında oturmayıb, sonra da oradan alınan diplomla gəlib tədris müəssisəsində dərs deməyə başlayıb. Astarada 1700-dən çox müəllim var ki, 1000-i kollec məzunudur. Aralarında yüksək bal toplayanlar tək-tükdür. Bu da onların şəxsi məsuliyyətindən irəli gəlib”.

Bu xəbər hal-hazırda çox oxunur
“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”

O bildirib ki, təhsil islahatları çərçivəsində kolleclər birmənalı olaraq ləğv edilməlidir:

“İllərdir bunu təklif edirik ki, ali təhsil 4 səviyyəyə gətirilsin və subbakalavr təhsili ayrıca struktur formasında yox, ali məktəblərdə verilsin; 1-2-ci kurslar subbakalavr, 3-4-cü kurslar bakalavr, 5-6-cı kurslar magistr, ardınca isə doktorantura. Xaricdə ali təhsil səviyyələri bu şəkildədir, ona uyğunlaşdırmaq lazımdır”.

Ekspert hazırda sertfikasiya nəticələrinin hələ analiz mərhələsində olduğunu bildirib:

“Tam rəqəmlər ortaya çıxsın, sertfikasiyadan keçə bilməyənlərin hansı kollecin, hansı universitetin məzunları olduğu statistikası açıqlansın. Bu, pedoqoji kadr hazırlayan təhsil müəssisələrinin də məsuliyyətini artırar”.

Qeyd edək ki, iyunun 27-də təhsil naziri Emin Əmrullayev Astara rayonu üzrə zəif nəticələrin çoxluq təşkil etdiyini deyərək, bu rayonda hər üç müəllimdən biri ilə əmək müqaviləsinə xitam veriləcəyini elan edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol