Hesab etmirəm ki, bizim Konqresdə “907-ci düzəliş”in ləğvi məsələsini nəzərdən keçirmək istəyi var, ancaq istisnalar mövcuddur. Hər bir administrasiya - Respublikaçılar və Demokratlar şərtlər tələb etdikdə bundan imtina olunmasına dair qərar qəbul ediblər. Hazırda mövcud durumu təhlil etməyə davam edirik. Düşünürəm ki, bizim Bakı ilə çox güclü işgüzar əlaqələrimiz var. Xüsusilə “907-ci düzəliş”in mane ola bilməyəcəyi təhlükəsizlik və əməkdaşlıq sahələrində bu əlaqələr mövcuddur.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.
ABŞ Dövlət katibinin köməkçisi vurğulayıb ki, iki ölkə bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün çox səmərəli yollar tapır.
“Bir çox sahələrdə çox sıx və dərin əməkdaşlığımız var. Ona görə də bunun maneə olduğunu düşünmürəm. Bu, həll etmək üçün birlikdə çalışdığımız problemlərdən yalnız biridir”, - deyə Ceyms Obrayen bildirib.
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video
- Putin "sürpriz" hazırlayır: Bu ölkələrə hücum ola bilər - General
- Ukrayna daha müharibə xərclərini qarşılaya bilmir
- Rusiyanın hazırkı strateji məqsədi budur, lakin... - BBC
- İsmayıllıda maşın aşıb yandı - Sürücü yaralandı, həyat yoldaşı öldü - Video
- Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
- Husilər Səudiyyəyə hücum etdi: yaralılar var
- Bolqarıstanda hərbi zavoddakı partlayışın səbəbi nədir?
- Fidan və Arakçı Səudiyyəyə hücumdan danışdı