Səbail Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Rəşad Şahbazov, 1992-ci il təvəllüdlü Ramik Babayev, sonuncunun tanışı 1993-cü il təvəllüdlü Taleh Məmmədyarlı, 2001-ci il təvəllüdlü Xəyal Məlikov və 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıblar.
Onlardan ümumilikdə 16 kiloqram narkotik vasitə marixuana, heroin, tiryək və 35 ədəd ekstazi həbi aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Polisin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdilir.
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi