“Dron müharibəsi dövründə”, yeni effektiv döyüş texnologiyalarının sürətlə yayılması uzun müddətdir iri podratçıların üstünlük təşkil etdiyi qlobal müdafiə sənayesinin qurulmuş iyerarxiyasını sarsıdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, ənənəvi silah proqramlarının inkişafı illər, bəzən onilliklər tələb edir və əhəmiyyətli büdcəyə, eləcə də böyük tədqiqat və sınaq obyektlərinə əsaslanır.
Bunun əksinə olaraq, Ukraynadakı münaqişə zamanı istifadəsi artan pilotsuz uçuş aparatları (PUA) ucuz, səmərəli və çox tez istehsal olunur ki, bu da qlobal müdafiə sənayesində kiçik oyunçular və sənaye nəhəngləri arasında oyun sahəsini bərabərləşdirir.
Ukrayna pilotsuz təyyarələri üçün proqram təminatı hazırlayan Amerikanın “Auterion” şirkətinin rəhbəri Lorenz Meyerin sözlərinə görə, yeni texnologiyaların inkişafı və tətbiqi üçün dövriyyə müddəti olduqca qısadır.
İsveçin “Saab” konserninin baş direktoru Mikael Yohansson isə vurğulayır ki, Ukraynada baş verən hadisələr bazara çıxış üçün vaxtın və daha çevik inkişafın vacibiliyini göstərdi:
“Uzun illər çəkə bilən mükəmməl məhsulu inkişaf etdirməkdənsə, tez bir zamanda sınaqdan keçirilə, dəyişdirilə və yenidən sınaqdan keçirilə bilən məhsulların yaradılması vacibdir. Sürət kritikdir".
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək