Bakıda avtoxuliqanlıq edən dörd nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücülər aşkarlanıb.
Gecə saatlarında təhlükəsizlik qaydalarına əməl etməyərək yüksək sürətlə motosiklet idarə edən Tural Əkbərov və idarə etdiyi avtomobillə avtoxuliqanlıq hərəkətlərinə yol verən Nicat Şamıyev müəyyən olunublar.
Hər iki şəxs barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Tural Əkbərovun sürücülük hüququ 6 ay, Nicat Şamıyevin isə 1 il müddətinə məhdudlaşdırılıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbirlərlə avtoxuliqanlıq edərək həmin görüntüləri lentə alan və sosial şəbəkələrdə paylaşan Elmir Qarayev, eləcə də Elşən Mirzəyev müəyyən ediliblər. Bu sürücülər barəsində də inzibati protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə Elmir Qarayev və Elşən Mirzəyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşırılmaqla cərimə ediliblər.
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi