Sumqayıda zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb.
Bu barədə BUTA.TV-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video
Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
- Pezeşkian Nəhyan ilə görüşdü
- İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər
- 26 mərtəbəli bina cəmi 120 saata tikildi - Video
- Qocalar evində güclü yanğın: 16 nəfər həlak oldu
- Bu ölkədə 200 minə yaxın vətəndaşın bank hesabı bloklandı
- Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - Fotolar
- Husilər raket istehsalında süni intellektdən istifadə edir?
- Rusiyanın yerini Türkiyə dolduracaq, İsrail isə... - KİV