Paytaxtda narkotik vasitənin təsiri altında sürət yarışı keçirən sürücülər saxlanılıblar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a verilən məlumata əsasən, paytaxtın Nərimanov rayonu H.Əliyev prospektində "Hunday" markalı, 10 RM 044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Qalib oğlu Abdullazadə və VAZ-21705 markalı, 10 XO 034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Erol Azər oğlu Quluzadə avtoxuliqanlıq hərəkətləri etdikləri üçün idarənin əməkdaşları tərəfindən saxlanılıblar.
Sənədləri yoxlanılan zaman sürücülərin hərəkətləri şübhə doğurduğundan onların tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Abdullazadənin və E.Quluzadənin narkotik vasitə qəbul etmələri də müəyyən olunub.
Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə O.Abdullazadənin və E.Quluzadənin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 sutka inzibati qaydada həbs ediliblər.
- “Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan
- Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı
- Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu
- Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…
- İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video
- PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı
- Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce
- Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü