Rusiyalı mərhum müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya terrorizmdə və ekstremist fəaliyyətdə iştirakı barədə məlumatın olduğu təşkilatlar və şəxslər siyahısına daxil edilib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat "Rosfinmonitorinq" reyestrində yer alıb.
Qeyd edək ki, iyulun 9-da Moskvanın Basmannı Məhkəməsi Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin tələbi ilə Yuliya Navalnayanı “ekstremist cəmiyyətdə” iştirakda ittiham edərək, iki ay müddətinə qiyabi həbs edib. Onu 6 ilədək həbs gözləyir.
Həbs müddəti təqsirləndirilən şəxsin Rusiya ərazisində ekstradisiya edildiyi və ya saxlanıldığı andan hesablanacaq.
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video
- Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
- Husilər Səudiyyəyə hücum etdi: yaralılar var
- Bolqarıstanda hərbi zavoddakı partlayışın səbəbi nədir?
- Fidan və Arakçı Səudiyyəyə hücumdan danışdı
- Rusiyada bu hava limanları bağlandı
- Putin və Tokayev görüşdü
- Bu ölkə İranla görüşlərdən imtina etdi
- Tramp onu güclü lider adlandırdı: Səbirsizliklə gözləyirəm