Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanma hadisəsi baş verib.
“BUTA.TV” xəbər verir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb. Restorandakı insident zamanı Usubov Zeynal Mütəllim oğluna bir neçə bıçaq zərbəsi vurulub.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.
Məlumat üçün bildirək ki, restoranın sahibi kimi tanınan iş adamı Şərurlu İsfəndiyar Pravda.az-a açıqlamasında bıçaqlanmadan xəbərsiz olduğunu deyib: “Hollivud” restoranını 10 illik icarəyə vermişəm. Hadisədən xəbərim yoxdur. Mənə heç nə deməyiblər...”
Yerli mətbuatda yayılan məlumatlara görə, bıçaqlanaraq ağır bədən xəsarətləri alan Zeynal Usubov uzun müddət prokurorluq orqanlarında çalışıb, Nərimanov rayon prokurorunun sabiq müavini olub
- Şəhid övladlarının “Zəfər” intellektual yay düşərgəsi keçirildi
- Deputatdan taksilərlə bağlı təklif
- Prezidentdən məktəbəqədər təhsillə bağlı - Fərman
- Ağdərəyə daha 12 nəfər köçürüldü
- Bu nazirliklərə yeni səlahiyyətlər verildi
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- “Park Yasamal”da seçim imkanları genişləndi - Mənzillər satışda
- Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir