İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Azadlıq” radiosuna geniş müsahibəsində erməni jurnalistin israrla Azərbaycanın hərbi müdaxiləsi zamanı İranın mövqeyini öyrənmək arzusunu ürəyində qoyub.
BUTA.TV xəbər verir ki, jurnalist hətta Ermənistanın bəzi ərazisinin guya Azərbaycanın nəzarətində olduğunu da iddia edib, o cümlədən Sübhaninin müharibə üçün heç bir səbəb olmaması arqumentinə sərhəddə bəzən yaşanan toqquşmaları göstərməyə çalışıb, amma Sübhanidən “istədiyi cavabı” ala bilməyib.
Müsahibənin həmin hissəsini təqdim edirik:
- Siz deyirsiniz ki, Azərbaycan hərbi təcavüz etməyəcək! Bu inamı haradan alırsınız? Deyirsiniz ki, bu fərziyyədir, lakin Ermənistan Xarici İşlər Nazirliyi bu yaxınlarda Bakının noyabrda Bakıda keçiriləcək COP29 tədbirindən sonra hərbi təcavüzə əl atacağını istisna etməyib. Və qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan Ermənistanın Qərbi Zəngəzur, Sot və Cermukdakı ərazilərini işğal edib (şərti sərhəddəki yüksəklikləri erməni jurnalist “işğal” kimi qələmə verir – red.).
- Qulaq asın, burada iki məsələni nəzərə almaq lazımdır: o lokal toqquşmalar və ya atəşkəsin pozulması ayrıdır, müharibə isə ayrıdır - bunlar bir-birindən fərqlidir. Ermənistan ərazisinin bir hissəsinin Azərbaycanın nəzarətində olması təbii ki, danışıqlar və sərhədlərin dəqiqləşdirilməsi yolu ilə həll edilməlidir. Beynəlxalq sərhədlərə uyğun olaraq Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan ərazisində yerləşdiyi və bu hissənin demarkasiyası müəyyən ediləndə, həmin ərazilər geri qaytarıldı.
- Siz bununla dörd kəndin Azərbaycana keçməsini nəzərdə tutursunuz?
- Bəli. Beynəlxalq sərhədlər müəyyən ediləndə təbii olaraq hansı hissənin hansı ölkəyə aid olduğu bəlli olacaq. Bizim həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlərimiz var və biz bu yaxşı münasibətlərdən istifadə edib səy göstəririk ki, yeni müharibə olmasın. Diplomatiya problemləri həll etməyin ən yaxşı yoludur. Niyə biz müharibəni gözləyək, sonra diplomatiyaya başlayaq? Biz problemləri sülh yolu ilə həll etmək üçün bütün potensialımızdan istifadə etməyə hazırıq. Biz bunu qeyri-sabitlikdən əziyyət çəkə bilən, sabitlikdən faydalana bilən ölkə kimi deyirik.
- Qısa aydınlıq: Bakıdan hərbi təcavüz görsək, İrandan addımlar görəcəyik?
- Bu, Ermənistandır, müstəqil ölkədir, onun milli suverenliyi var, ərazi bütövlüyü var və bu ölkədə başqa ölkənin istənilən hərəkəti həmin ölkənin razılığı ilə həyata keçirilməlidir. İranın Ermənistanla əməkdaşlığını necə inkişaf etdirəcəyi iki ölkənin əməkdaşlığından asılıdır.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...