Binadan atılan 22 yaşlı qadın öldü, əri saxlanıldı - Yenilənib

12:59 - 23 İyul 2024 - KRİMİNAL

 Binadan atılan 22 yaşlı qadın öldü, əri saxlanıldı - Yenilənib

Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı qadın binadan atılıb.

BUTA.TV” xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb. Məlumatda deyilir ki, bu gün saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.  Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bu xəbər hal-hazırda çox oxunur
Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

Qadın aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, bu gün səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşməsi və aldığı xəsarətlər nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzilin eyvanından yerə atıldığı müəyyən edilib. H.Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol