Bakıda sərnişinə qarşı seksual xarakterli hərəkətlər edən “Bolt”un sürücüsü Yusif Quliyevin (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
“BUTA.TV”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət hadisəsi ötən ilin iyununda baş verib.
Belə ki, Nadya Vasilyevna (ad-soyad şərtidir) həmin tarixində gecə saat 03 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına getmək məqsədilə “Bolt”un tətbiqində komfort taksi sifariş edib.
Xaricə gedən qadının məhkəmədə verdiyi ifadəsinə görə, aeroport istiqamətində hərəkət edən zaman sürücü avtomobili aşağı sürətlə sürüb və bu zaman qadına əxalqsız təkliflər edib.
Bir müddət sonra isə Mərdəkan şossesində qəza işıqlarını yandıraraq avtomobili saxlayıb və sürücü axra otuacağa keçərək qadına qarşı seksual xarakterli hərəkətlər edib. Qadının ifadəsinə görə, Yusif Quliyev onu hadisə barədə heç kimə məlumat verməməklə bağlı təhdid edib.
Qadın isə aeroporta çatanda təyyarəyə minib və xarici ölkələrdən birinə gedib. Orada hadisədən təsirlənən Nadya Vasilyevna affekt vəziyyətinə düşüb və psixoloqa müraciət edib.
Bundan sonra qadın hadisə barədə yaxınlarına məlumat verib və o, yenidən ölkəyə qayıtdıqdan sonra sürücünün əməli ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Məhkəmədə təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamı qəbul etməsə də, müşahidə kameralarında Yusif Quliyevin magistral yolda avtomobili 20 dəqiqə saxladığı, ön oturacaqdan düşüb arxa oturacağa keçdiyi müəyyən edilib. Məhkəmə tibbi-ekzpertizasında da qadına qarşı zorakılıq törədildiyi öz təsdiqini tapıb.
Maraqlıdır ki, Yusif Quliyev qadına təcavüz etdikdən sonra telefonu onun əlindən alaraq “Bolt”un tətbiqindən özünə “beş ulduz” verib.
Qeyd edək ki, taksi sürücüsü Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib.
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
- Putinin köməkçisi Bakıda: Belə razılaşma hər ölkədə yoxdur - Video
- Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!
- “Rusiya qətiyyətli cavab verəcək” - Putindən xəbərdarlıq
- “Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - VİDEO
- AB-nin sərhəddə casusluq fəaliyyəti davam edir - Video
- Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!
- Soydaşımızı Ermənistanda döydülər - Video