Azyaşlı oğlan soyuq silahla təhlükəli hərəkətlər edib.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, təxminən 10-12 yaşlı uşaq əlindəki bıçağı bədəninin müxtəlif nahiyələrinə dirəyir.
Azyaşlı öz hərəkətlərini tam dərk etməsə də, onun videosunu çəkən şəxs hər halda, təhlükəni başa düşür.
DİN-in mətbuat xidmətindən bildirilib ki, azyaşlının soyuq silahla təhlükəli hərəkətlər etdiyi əks olunan görüntülərlə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi