MMA və Qrapplinq Federasiyasının xuliqanlığa görə 6 ay azadlıqdan məhrum edilmiş qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov və Rüfət Əsədov həbsdən azad edilib.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, idmançılara təyin edilmiş 6 aylıq həbs cəzası bu gün başa çatıb, onlar istintaq təcridxanasından azadlığa buraxılıblar. İdmançılarla birgə həbs edilmiş Vüqar Kərəmov isə 6 gün sonra azadlığa buraxılacaq.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.
Hadisəyə görə Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədovla birgə Tofiq Musayev də təqsirli bilinib. Ona cərimə cəzası verilib
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi