Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yaxın vaxtlarda vəzifəsindən azad olunacaq.
Bu barədə Qaynarinfo-ya daxil olan məlumata görə, 66 yaşlı generalın vəzifəsindən azad edilməsi ilə bağlı artıq müvafiq müraciət də edilib. Bir müddət əvvəl Etibar Mirzəyevin təqaüdə göndəriləcəyi ilə bağlı xəbər vermişdik. Həmin vaxt bildirilirdi ki, 65 yaşı olan general-leytenant öz istəyi ilə vəzifəsindən azad olunması üçün müvafiq müraciət ünvanlayıb. Görünür onun işdən çıxarılması bu günlərdə reallaşacaq.
Etibar Mirzəyevin yerinə FHN-nin Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərlinin təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Etibar Mirzəyev 30.11.1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var. Həmçinin Fövqəladə Hallar Nazirliyində Dövlət Yanğından Mühafizə Xidmətinin kuratordur.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır