Bakıda içkili halda yolun üstündə uzanan şəxs həbs edilib.
“BUTA.TV” Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsində baş verib. Saxlanılan 1963-cü il təvəllüdlü Saatlı sakini R.M. hadisəyə görə özünün yox, arağının üstünə spirt töküb onu sərxoş edənlərin günahkar olduğunu bildirib.
“Arağımın üstünə spirt tökməklə məni bu vəziyyətə saldılar”, - deyə həmin şəxs bildirib.
O, Rusiya Federasiyasından deportasiya olunduğunu əlavə edib: “Yaşayış yerim Saatlı rayonundadır, dilənçi deyiləm, ara işlərində işləyirəm, lakin hazırda işim dayanıb”.
Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
Onun Azərbaycanda saxta dollar hazırlaması, Rusiyada isə davaya qarışması ilə bağlı barəsində cinayət işləri olub. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bir daha belə bir hərəkətə yol verməyəcəyini bildirib. Həmçinin başında travma olduğunu deyib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və 8 gün müddətinə həbs edilib.
- Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...
- Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...
- Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
- Trampın Azərbaycana göndərdiyi məktubda bu sözlər diqqət çəkdi
- "Baku Energy Forum"u başladı
- OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı
- Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
- Ceyhun Bayramov Keniyaya yola düşdü