Sumqayıtda vəzifəli şəxs olan Mahir Allahverdiyevi qətlə yetirməkdə ittiham olunan Murad Kazımovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.
“BUTA.TV”nun məlumatına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Murad Kazımov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2022-ci ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib. M.Kazımov M.Allahverdiyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
2003-cü il təvəllüdlü M.Kazımovun 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməsində əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Qətlə yetirilən Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini işləyib. O, Vətən Müharibəsi şəhidi Vüsal Allahverdiyevin əmisidir. Vüsal döyüşə aparılarkən avtobusda çəkilmiş görüntüləri gündəm olmuşdu.
Sail Ağasəlim


- Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...
- Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...
- Nail Kəmərli ilə DİN məşğul olmalıdır? - Sosioloqun sözündən belə çıxır
- Trampın Azərbaycana göndərdiyi məktubda bu sözlər diqqət çəkdi
- "Baku Energy Forum"u başladı
- OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı
- Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
- Ceyhun Bayramov Keniyaya yola düşdü