Türkiyənin sabiq maliyyə naziri Abdüllatif Şenerin oğlu nənəsini öldürüb.
“BUTA.TV” “NTV”yə istinadən xəbər verir ki, Bedirhan Şener Ankarada yaşadıqları evdə mübahisə zəminində nənəsi Leyla Çetineri girov götürüb. Bu zaman eks-nazir küçəyə qaçaraq polisə zəng edərək məlumat verib. Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib. Lakin bu zaman o, nənəsini silahla vuraraq öldürüb.
B. Şener saxlanılıb.
İnsidentdən sonra 70 yaşlı Abdüllatif Şener açıqlamasında bildirib ki, oğlunun psixoloji problemləri olub: “O, qarşısındakı şəxsin nənəsi olduğunu bilmədən atəş açıb. Çox kədərliyik. Dəhşətli hadisədir”.
Qeyd edək ki, A. Şener 1996-1997-ci illərdə Türkiyənin maliyyə naziri vəzifəsini icra edib. O, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) 19, 20, 21, 22 və 27-ci çağırış deputatı olub. Bundan başqa, 2002-2007-ci illərdə Baş nazirin müavini vəzifəsində çalışıb.
Ailəlidir, 4 övladı var.


- Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
- Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan
- Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
- Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?
- ABŞ admiralı Azərbaycana təşəkkür etdi
- Ramiz Mehdiyev bunlardan məhrum ediləcək
- Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...