“Ölkəmizə qardaş ölkədən gələn, feyk izləyicilər, feyk şərhlər və bəyənmələrlə dolu olan Danla adlı bir bloger, influenser izdihamı görüb. Bəzi qızlarımızın sonradan görənlərin canında olduğuna görə düşünüb ki, bütün Azərbaycan xanımları belədir”.
BUTA.TV xəbər verir ki, bu sözləri instaqramda aparıcı Tarix Əliyev (Tolik) yazıb. O, türk bloqçu Danla Biliçin Bakıdakı qalmaqalına münasibət bildirib:
“Amma bu doğru deyil, ora gələn xanımlar belədir. Mən bu Danlaya bildirmək istəyirəm ki, o tədbirə gələnlər görməmiş deyilsə, görməmiş olanlar orada idi. Bütün Azərbaycan xanımları elə deyil. Məsələn, səni küçədə görsək, bəlkə də heç salam vermərik.
Bildiyiniz kimi, Türkiyədə instaqram dünəndən qadağan edilib. İnşallah, bir gün Azərbaycanda da bu, baş verər və bu görməmiş influenserlər, ərəb feyk profillərlə özlərinə şərhlər yazanlar anlayarlar ki, bunlar influenser deyillər. Küçəyə çıxanda çox adamın tanımadığı bu xanımı gətirən təşkilatçı da bu vəziyyətə dərhal etirazını bildirməliydi. Təəssüf ki, bu baş vermədi. Ona görə də hər kəsin yerindən durub Azərbaycana gəlməsinə və xalqımızı aşağılamağa icazə vermək doğru deyil”.
- Türkiyə və Azərbaycan bu baxımdan strateji əhəmiyyət daşıyır
- İran Azərbaycana yeni səfir təyin etdi
- Prezident Olivye Le Peşi qəbul etdi
- İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi
- Şuşa Realnı Məktəbinin binasının fəaliyyətə başlayacağı tarix...
- İTV-nin jurnalisti bu rəqsinə görə işdən çıxarılıb? - Video
- Prezidentdən “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət
- İlham Əliyev türkiyəli naziri qəbul etdi