Azərbaycan vəzifəli şəxslərə cinayət işi açıldı

17:40 - 7 Avqust 2024 - KRİMİNAL

 Azərbaycan vəzifəli şəxslərə cinayət işi açıldı

Mövcud olmayan uşağa dair qanunsuz şəhadətnamə və şəxsiyyət vəsiqəsi düzəltməkdə şübhəli bilinən Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin əməlləri ilə bağlı araşdırma aparılıb.

Bu barədə BUTA.TV-a Astara Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Valentina Matviyenko Azərbaycana gələcək

Hazırda ibtidai istintaq davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol