Aparıcı-prodüser Tarix Əliyev (Tolik) bu dəfə bəzi deputatlığa namizədləri tənqid edib. BUTA.TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında qeyd edib:
"Ötən gündən deputatlığa namizədlərin seçki kampaniyasında təbliğat və təşviqat prosesi başlayıb. Çoxları artıq pullarını "İnstagram" və digər sosial şəbəkələrdə reklama xərcləyir. Bu məni çox düşündürür ki, onlar niyə gedib seçki dairələrində iş görmək əvəzinə qapılarda şəkil çəkdirmir, şüar yapışdırırlar?
Biz vətəndaş olaraq sual veririk, amma onların feyk profillərlə əlaqəli qohumları çıxıb, təriflər yağdırırlar. Mənim qanuni haqqımdır ki, bilim namizəd kimdir.
"İnstagram"dan səs toplamaqla bitmir, vətəndaşların hörmətini qazanmaq və bunu feyk profillərlə deyil, əməllərlə etmək lazımdır".
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq
- Nazirlik hərbi hissələrdə odundan imtina edir
- ABŞ İsraildən İrana hücum etməməsini istədi
- AYNA-nın “tender əməliyyatları” - 28,9 milyonluq satınalmada qaranlıq məqamlar
- Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar
- Bakı-Ağdam qatar bileti artıq 7 günlük səfər icazəsi verir
- Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı