ABŞ-ın prezidenti Co Bayden olmasaydı, Rusiya Ukraynanı işğal etməzdi.
BUTA.TV xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maska müsahibəsində deyib.
“Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edirdi. Biz Ukraynadan danışdıq. Mən ona dedim ki, bunu etmə. Vladimir, sən bunu edə bilməzsən. O da cavab verdi ki, heç vaxt”, - Tramp bildirib.
Onun sözlərinə Rusiya və Şimali Koreya liderlərini yaxşı tanıyır:
“Onlar ağıllı və qəddardırlar. Onlar Kamalanı (ABŞ-ın vitse-prezidenti ) və ya yuxulu Conu (Co Bayden) görəndə buna inana bilmirlər”.
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı
- Azərbaycana turist axını azaldı
- Çıxarış olmadan mənzil alanlara - Xəbərdarlıq