Qəzzədə yeni dünyaya gələn əkiz körpələr, anaları və nənələri, ataları onların doğumlarını qeyd etdirmək üçün yerli idarə bürosunda olduğu zaman İsrailin hücumu nəticəsində həlak olub.
BUTA.TV xəbər verir ki, Əsər və Aysel adlı əkizlər, ataları Məhəmməd Əbu əl-Kumsan doğum sənədlərini almağa getdiyi vaxt cəmi dörd günlük idilər. Ata evdən uzaqda olarkən qonşuları zəng edərək, Deyr əl-Balahdakı evlərinin bombalandığını bildirib. Hücum nəticəsində Kumsanın həyat yoldaşı və əkizlərin nənəsi də həyatını itirib. Ata Kumsan “Nə baş verdiyini bilmirəm. Evə top mərmisinin düşdüyünü dedilər. Doğumlarını qeyd etməyə belə vaxtım olmadı,” deyib. Qəzzə Səhiyyə Nazirliyi, İsrail hücumları zamanı doğulan 115 körpənin öldüyünü bildirib.
AP xəbər agentliyinə görə, İsrail hücumlarının ilk həftələrində ailə, İsrailin Qəzzə şəhərini tərk etmə əmrinə əməl edərək, Qəzzə Zolağının mərkəzi hissələrinə köç etmişdi.
BBC, İsrail ordusundan hücumla bağlı şərh istəyib, lakin cavab almayıb. İsrail ordusu nadir hallarda hücumlarla bağlı şərh verir.
Şənbə günü Qəzzə şəhərində yerləşmiş fələstinlilərin qaldığı məktəb binasına edilən hücum nəticəsində 70-dən çox insan ölüb. İsrail ordusu sözçüsü, “məktəbin Həmas və İslami Cihad təşkilatlarının aktiv istifadə etdiyi bir hərbi obyekt olduğunu” müdafiə edib. Həmas isə iddianı rədd edib.
İsrail ordusu hadisədəki ölənlərin sayına da etiraz edib. Lakin BBC hər iki tərəfin təqdim etdiyi rəqəmləri müstəqil mənbələrdən təsdiqlədə bilməyib. Həmasın 7 oktyabrda təşkil etdiyi hücumda təxminən 1200 nəfər ölüb, 251 nəfər isə girov götürülüb.
İsrailin cavab hücumlarında isə Qəzzə Səhiyyə Nazirliyinə görə təxminən 40 min fələstinli ölüb.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək