Rusiyanın Xabarovsk diyarında Xabarovsk-Lidoqa-Vanino avtomobil yolunda ağır yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə diyarın Dövlət Yol Müfəttişliyi məlumat yayıb.
Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində dörd nəfər dünyasını dəyişib, onlardan üçü isə qəza zamanı yanan avtomobildə olub.
Vurğulanıb ki, xəsarət alan iki azyaşlı sərnişin tibb müəssisəsinə aparılıb. Hadisənin baş vermə şəraiti, ölən və yaralıların şəxsiyyəti müəyyənləşdirilir.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!