Bu gün Rusiya ilə Azərbaycan arasında dərin ziddiyyətlər yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a açıqlamasında deyib.
“Əlbəttə, mən şadam ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək müttəfiqlik səviyyəsindədir. Moskva və Bakı bütün problemli məsələləri açıq və mehribancasına müzakirə edirlər”, - səfir bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 18-19 avqust tarixlərində Bakıya gələcək.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!