Rusiya Ukraynanın qış üçün ehtiyac duyduğu enerji gücünün yarısını məhv edib və ya ələ keçirib, müttəfiqlər yardıma əl atmasalar, ölkə humanitar fəlakətlə üzləşə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson "Faynənşl Tayms" üçün yazdığı məqaləsində deyib.
"Gələn qış Ukrayna xalqı dözümlülüyünü İkinci Dünya Müharibəsindən bəri qitəmizdə görünməmiş şəkildə sınayacaq.
Son aylarda Rusiyanın mülki enerji infrastrukturuna hücumları nəticəsində elektrik stansiyaları, istilik məntəqələri, ehtiyat generatorları və anbar obyektləri məhv edilib.
Bu günə qədər Rusiya Ukraynanın istehsal etdiyi təxminən 9 GVt elektrik enerjisini məhv edib və ya ələ keçirib. Bu, Ukraynanın qışda tələb duyduğu elektrik enerjisinin yarısıdır",- o bildirib.
Simson xəbərdarlıq edib ki, vəziyyət dəyişməsə, qış ayları ölkəyə əsl humanitar fəlakət gətirəcək.
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək