Kolumbiya Prezidenti Qustavo Petro Qəzza zolağındakı hərbi əməliyyatlardan dolayı İsrailə kömür tədarükünün dayandırılmasını nəzərdə tutan fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, müvafiq sənəd Kolumbiya hökumətinin saytında dərc olunub.
“İsrailə kömür ixracı qadağan edilir. Qadağa sənədin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minir”, - deyə bildirilib.
Qeyd edilir ki, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiya İsrailə 375 milyon dollar dəyərində mal və xammal tədarük edib ki, bunun da əhəmiyyətli hissəsini kömür təşkil edib.
Sənəddə deyilir:
“İsrail enerji istehsalı üçün böyük ölçüdə kömürdən asılıdır və əlavə olaraq bu xammaldan hərbi məqsədlər üçün istifadə edir”.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...