Donald Tramp noyabrda keçiriləcək prezident seçkisində qalib gəlsə, Çinlə mübarizə onun xarici siyasət prioritetlərindən biri olacaq.
BUTA.TV xəbər verir ki, bunu Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens deyib.
"Donald Tramp və mən Amerika istehsalının bərpasına, iş yerlərinə (Çindən ABŞ-a qaytarılmasına) diqqətimizi yönəltmək niyyətindəyik ki, Çin öz orta sinfini bizimkilər hesabına qurmasın. Əgər bunun öhdəsindən gələ bilsək, qarşıdakı 50 il ərzində Çinlə qarşılaşmada daha yaxşı mövqedə olacağıq. Bu, ən mühüm xarici siyasət məsələsidir", - o bildirib.
Qeyd edək ki, ABŞ-ın bəzi nəhəng texnologiya şirkəti məhsullarını Çində istehsal edir.
- “Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama
- Biləsuvarın bu ərazilərində işıq olmayacaq
- Zeynəbin axtarışlarına helikopter də cəlb olundu - Video
- Prezident beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - Fotolar
- Birinin başı “işlədi”, digərinin “səliqəsi”... - İlk 90 dəqiqə
- “İran istədi, razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək