Xorvatiyada yerli "Dinamo" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
BUTA.TV xəbə verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcək. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.
VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.
Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.
- Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi
- İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi
- İsrail səfirindən öldürülən diplomatlarla bağlı maraqlı fakt...
- Azərbaycan XİN İsrailə başsağlığı verdi
- Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi
- Məşhur türk bloger Elgünün qətli ilə bağlı çağırış etdi - Video
- İlham Əliyev bu tarixdə Türkiyəyə gedəcək
- ABŞ niyə Ermənistanla müharibə riskini gündəmə gətirdi?