Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.
- İlham Əliyev bu tarixdə Türkiyəyə gedəcək
- ABŞ niyə Ermənistanla müharibə riskini gündəmə gətirdi?
- Tramp geri çəkilir: Rusiyanın önündə kim dayanacaq?
- Arda Gülər 5 mərtəbəli villa aldı - FOTO
- Tramp müttəfiqlərə gizli görüşlərdə deyib ki... - "Blumberq"
- Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir
- Bitkoin yenə bahalaşdı - Tarixi rekord
- Bu səhər yeməyi xərçəngin qarşısını alır