Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytı məlumat yayıb.
Məlumata görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3967 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Onlardan 3959 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş 8 nəfərdən 2-nin şəxsiyyəti eyniləşdirilib.
Hazırda Vətən müharibəsində itkin düşənlərin sayı 6 nəfərdir.
I Qarabağ müharibəsində itkin düşən 3959 nəfərdən 3193 nəfəri hərbçilər, 766 nəfər (69 uşaq, 283 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3676 nəfər kişi, 283 nəfər isə qadındır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 151 nəfər itkin şəhidin şəxsiyyəti müəyyən edilib.
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi