17-18 avqust tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində I Dünya Korporativ Oyunları keçirilib.
BUTA.TV FHN-ə istinadən xəbər verir ki, yarışlarda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin də komandaları iştirak edərək yüksək nəticələr göstəriblər.
Belə ki, voleybol yarışlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət voleybol komandası beş oyun keçirərək finala vəsiqə qazanıb. Finalda isə komanda əzmkar oyun nümayiş etdirərək Rusiyanın “Elektroprofsoyuz” komandasına 2:1 hesabı ilə qalib gələrək qızıl medala sahiblənib.
Basketbol yarışlarında A finalında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası isə bürünc medal qazanıb.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Əli Bayramov stolüstü tennis üzrə qarışıq komanda yarışlarında gümüş medal əldə etməyi bacarıb.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...