Kommunikasiyaların açılmasına dair razılaşmanın üzərində Ermənistanın Baş naziri Nikol Paşinyanın imzası var, lakin İrəvan bunu sabotaj edir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Birinci Kanala müsahibəsində deyib.
"Biz sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların blokadadan çıxarılmasının tərəfdarıyıq.
Təəssüf ki, Ermənistanın Sünik (Zəngəzur - red.) bölgəsindən keçən kommunikasiyalara gəlincə, Baş nazir Paşinyanın imzaladığı müqaviləni sabotaj edən məhz İrəvan rəhbərliyidir. Belə bir mövqenin məqsədinin nə olduğunu anlamaq çətindir", - o bildirib.
- “İran istədi, biz razılaşdıq” - Tramp
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb