Azərbaycan və Rusiya prezidentləri Xəzərdə ekoloji vəziyyəti müzakirə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
“Həmçinin hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük”, - dövlət başçısı deyib.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...