Cəbrayıl və Zəngilan rayonlarının 132 km-lik ərazisi Ermənistanın işğalı zamanı minalayıb.
BUTA.TV xəbər verir ki, bunu “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O qeyd edib ki, bunu mina təmizləyənlərlə görüşlərdə verilən məlumat təsdiq edir:
"17 iyun 2022-ci il tarixdə İran İslam Respublikası ilə sərhəddə yerləşən Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində minatəmizləmə əməliyyatları aparan 4 mina təmizləyənin mina partlayışına məruz qalıb və yaralanıb. Ermənistan ordusu tərəfindən sərhəddə yerləşən Cəbrayıl rayonunun Maşanlı kəndinin ərazisində tank əleyhinə minalar basdırılıb və mina təmizləmə əməliyyatı nəticəsində həmin minalar tapılaraq zərərsizləşdirilib.
Bundan başqa, mina təmizləyənlərlə görüş zamanı bildirilib ki,Ermənistan ordusu tərəfindən sərhəddə yerləşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Mehdili və Əmirvarlı kəndlərinin ərazisində piyada və tank əleyhinə minalar basdırılıb və minatəmizləmə əməliyyatları nəticəsində həmin minalar aşkar edilərək zərərsizləşdirilib", - deyə o qeyd edib.
- Azərbaycan bu ölkələrə pambıq tədarükünü kəskin artırdı
- Bu şəxslər 2500 manat cərimə ediləcək
- Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- “Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
- Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
- ADY 6 ayda 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb
- Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib