Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı təcridxananın dustaqları qiyam qaldırıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidməti məlumat yayıb. Məlumata görə, dustaqlar qiyam zamanı girovlar götürüblər. Həbsxananın rəisi 45 yaşlı Andrey Devyatov qiyamçılar tərəfindən girov saxlanılır.
Federal Penitensiar Xidmətin 1 əməkdaşı öldürülüb, daha 3 nəfər isə ağır yaralanıb.
***
“Baza” Teleqram kanalının məlumatına görə, öldürülənlərin sayı 3-ə çatıb. Həbsxana rəisi Andrey Devyatov ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Qiyamçılar iki milyon dollar və helikopter tələb ediblər.
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib
- Ceyhun Bayramovla Zelenski bir arada - Video
- Azərbaycanda ali təhsilli insanların sayı açıqlandı