Qarabağda ləğv edilmiş separatçı rejimin sonuncu “lider”i Samvel Şahramanyana qarşı yeni cinayət işi başlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Şahramanyan xidməti avtomobilini Ermənistan Respublikası hökumətinə təhvil vermək məcburiyyətində olsa da, onu təhvil verməyərək mənimsəyib.
Söhbət iyunun əvvəlində xüsusi təyinatlılar tərəfindən ələ keçirilən "Toyota Kəmri" avtomobilindən gedir. İyunun 7-də avtomobil "artsax" nümayəndəliyinin həyətindən müsadirə edilib.
İstintaq Komitəsi aydınlaşdırıb ki, müsadirə qərarı ilin əvvəlində vacib halları aşkar etmək üçün başlanmış cinayət işi ilə bağlı olub. Belə ki, Şahramanyanın mühafizəçisi Aşot Danielyan fevral ayında narkotik saxlamaq və satmaqda şübhəli bilinərək həbs edilib.
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının regional turu...
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?
- Xanımının doğum günündə vəfat edibmiş...