İtaliyanın müdafiə naziri Quido Krozetto zenit-raket komplekslərinin Kiyevə təhvil verilməsinin ləngiməsinin səbəbini bayram və həftə sonları ilə izah edib.
BUTA.TV xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.
"İtalyan şirkətləri ilə mübahisə edirəm, çünki Samp-T kompleksini Ukraynaya çatdırmalıyam və onu hazırlamalı olan şirkət məzuniyyətdədir, şənbə və bazar günləri də işləmir, axşamlar da.
Rusiya, Çin və İran şirkətləri isə həftənin yeddi günü, ilin 365 günü və gündə 24 saat işləyir", — o bildirib.
Krozetto qeyd edib ki, Rusiya, Çin və İran müəssisələri davamlı olaraq fəaliyyət göstərir.
- Mərmərədə 2 türk gəmisi toqquşdu: itkin düşənlər var
- Ukraynanın "Mamont"u: 5 min km uça biləcək!
- Zelenskidən dünyaya çağırış: Rusiya səması bağlanacaq!
- Modinin çağırışı Putinin siyasətini dəyişdirəcəkmi?
- Maduronun həbsdən sonrakı ilk şəkli belə çəkilib - Oğlu açıqladı - Foto
- Rusiyanın neft hasilatı çökür: Son 17 ildə....
- İranla diplomatik əlaqələri kəsdilər
- Rusiya və Almaniya müharibə vəziyyətindədir - Zumann