Ukrayna ordusunun Kurska hücumunun təşkili NATO tərəfindən əlaqələndirilir, ona görə də burada Kiyevdə mövcud olan bütün növ Qərb texnikasından istifadə olunur.
BUTA.TV xəbər verir ki, bunu “Əhməd” xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov deyib.
“Aydındır ki, bu əməliyyatın əsas təşəbbüskarları amerikalılar və ingilislərdir, buna heç bir şübhə yoxdur. Təbii ki, bu əməliyyatda NATO blokunun bütün qərargahları iştirak etdiyi üçün bu dövlətlərin texnikası, texniki avadanlıqları, silahları burada yerləşir”, - Alaudinov bildirib.
Onun sözlərinə görə, Kurskda ABŞ-ın M113, “MaxxPro” zirehli transportyorları, MRAP və “Humvee” zirehli maşınları, eləcə də Fransa və İsveç texnikaları var:
“Hamısı real olaraq buradadır; burada hər şey var. Düşmənimiz bizim uduzmağımızı çox istəyir”.
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert
- Hamıdan axırda o gəldi - Video
- DÇ-də 1/4 final cütləri bəlli oldu - Nəhənglərin qarşılaşmaları başlayır
- İsveçrə 72 il sonra 1/4 finalda - Yenilənib - Video
- Bu gün Bakının dörd rayonunda qaz olmayacaq
- Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
- Bəzi ərazilərdə işıq olmayacaq
- Ən yaxşı məktəblər açıqlandı