Blinken Əliyevə buna görə zəng etdi: Rusiyaya qarşı əks-həmlə

17:24 - 17 Sentyabr 2024 - SİYASƏT

 Blinken Əliyevə buna görə zəng etdi: Rusiyaya qarşı əks-həmlə

Blinkenin Əliyevə zəngi ABŞ-ın seçki dövrünü yaşamasına baxmayaraq, Bakı-İrəvan danışıqlarından kənarda qalmaq istəmədiyini göstərir. Vaşinqton təşəbbüsü Moskvaya vermək niyyətində deyil. Və baş verənlər sülh danışıqları üzərində mübarizənin yenidən kəskinləşəcəyindən xəbər verir.

Əsas mübarizə nöqtəsi regional kommunikasiyanın bərpasının hansı şərtlərlə baş tutacağıdır.

- Vaşinqton Rusiyanın iştirakına imkan verməmək üçün İrəvanın “sülhün kəsişməsi” layihəsini dəstəkləyir, lakin Bakının “maneəsiz keçid” tələbini də nəzərə alır: Ermənistanın “Mehri yolunda təhlükəsizliyi özəl şirkətə vermək” istəyi də bununla bağlıdır;

- Moskva Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılmasından yanadır, lakin İrəvanı razı salmaq üçün “suverenlik prinsipini” nəzərə alacağını bildirir və Naxçıvana “maneəsiz keçid”ə öz sərhədçilərini yerləşirmək niyyətindədir; Overçukun İrəvan səfəri buna hesablanmışdı;

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Lakin hər iki tərəf – ABŞ və Rusiya kommunikasiya mübarizəsindən qalib çıxmaq üçün Bakı-İrəvan sülh danışıqlarında və sazişin imzalanmasında əsas moderator rolunu ələ almalıdır. Blinkenin Paşinyan və Əliyevə zəngi də Rusiyanın Moskvada görüş təklifinə qarşı əks-həmlədir. Hərçənd, bunun üçün Bakının tələbləri nəzərə alınmalıdır. Əliyev telefon danışığında bu şərtləri Blinkenə təqdim etdi: Ermənistan konstitusiyasının dəyişdirilməsi; ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulması;

Əliyevin sözləri sülh sazişi layihəsində razılaşdırılmayan üç maddədən birinin Minsk qrupu ilə bağlı olduğu ehtimalını gücləndirir. Daha öncə də yazmışdıq: layihədə razılaşdırılmayan üç maddədən biri Minsk qrupunun de-yure buraxılması ola bilər, çünki bu qrupun de-yure mövcudluğu bölgədə maraqları olan tərəflərin gələcəkdə “dayaq nöqtəsi”nə çevrilə bilər. Məsələnin layihəyə salınması belə bir perspektivin qarşısını alacaq.

Bakı bununla Vaşinqtona “məsələni İrəvanla həll et” mesajını verir.

Sülh danışıqları üzrə ABŞ və Rusiyanın təşəbbüslərinin mənfi nəticəsi daha çoxdur. Çünki bu, regionda geosiyasi mübarizəni kəskinləşdirir, xüsusilə Ermənistanın sülhdən qaçmaq manevrlərini genişləndirir. Bu baxımdan, danışıqlarda ən effektiv variant ikitərəfli formatdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol