Sumqayıt şəhəri 14 saylı ümumi təhsil müəssisəsində 6-cı sinifdə oxuyan iki şagird sentyabrın 23-də dərs bitdikdən sonra (evdə olarkən) özlərini pis hiss etdikləri üçün təcili yardıma müraciət edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin dezinfeksiya tədbirlərindən sonra məktəblilərin zəhərləndikləri ilə bağlı yayılan iddialarla bağlı açıqlamasında bildirilir.
Qeyd olunur, ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yönləndirilib. Sonradan şagirdlər müayinə edilərək evə buraxılıblar. Hazırda vəziyyətləri yaxşıdır.
"Həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib. Şagirdlərin səhhəti diqqətdə saxlanılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır", - açıqlamada deyilir.
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
- Səhiyyə nazirinə yeni müavin təyin olundu
- Bəzi rayonlara leysan yağır
- AZAL məlumat yaydı: bu marşrut üzrə reyslər bərpa olundu
- Moskvaya son 2 ilin ən kütləvi dron hücumu - Video
- ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
- Abituriyentlərin nəzərinə: İyulun 7-dən 20-dək...
- Bu yazının qəhrəmanı sabah öləcək...