Rusiyanın Kursk vilayətində rus hərbçilərin əks-hücuma keçmə hazırlığı ilə bağlı əlamət yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna radiosuna müsahibəsində hərbi analitik Aleksey Getman deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri regionda dəmir yolunun bir hissəsinə nəzarət edir:
"Rusların dəmir yolundan əsasən canlı qüvvə və texnikanın daşınması üçün istifadə etdiyini nəzərə alsaq, onlar Ukrayna qüvvələrini Sucanın şimalına doğru sıxışdırmağa çalışacaqlar. Lakin mən onların uğur qazanacağına əmin deyiləm".
Getman qeyd edib ki, ruslar bölgəyə 60 min hərbçi toplamaq istəyirlər.
O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri Seym çayı üzərindəki körpüləri partladıb və ruslar üçün qoşun yeritmək son dərəcə çətinləşir.
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
- Səhiyyə nazirinə yeni müavin təyin olundu
- Bəzi rayonlara leysan yağır
- AZAL məlumat yaydı: bu marşrut üzrə reyslər bərpa olundu
- Moskvaya son 2 ilin ən kütləvi dron hücumu - Video
- ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
- Abituriyentlərin nəzərinə: İyulun 7-dən 20-dək...
- Bu yazının qəhrəmanı sabah öləcək...