Biz İttifaq Dövlətinin üzvü kimi Rusiya və Belarusa qarşı təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nüvə doktrinasına ediləcək düzəlişlərdən danışarkən deyib.
Putin düşmənin adi silahlardan istifadə edərək ölkə suverenliyinə kritik təhlükə yaradacağı təqdirdə də analoji addımı atacaqlarını deyib:
"Bütün bu məsələlər Belarus tərəfi ilə, Belarus prezidenti ilə razılaşdırılıb".
Putin nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzünün hücum kimi qiymətləndiriləcəyini bildirib:
"Rusiyanın nüvə silahından istifadəyə keçməsinin şərtləri açıq şəkildə ifadə olunub. Aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədimizi keçməsi barədə etibarlı məlumat əldə etdikdən sonra bu ehtimalı nəzərdən keçirəcəyik. Mən strateji və ya taktiki təyyarələri, qanadlı raketləri, dronları, hipersəsli və digər təyyarələri nəzərdə tuturam".
Qeyd edək ki, Rusiyanın nüvə silahından istifadə şərtlərinin genişləndirilməsi yenilənmiş nüvə doktrinasında təsdiqlənəcək.
- Onlar İlham Əliyevdən öyrənməyə çalışırlar... - Markov
- Moskvadakı Azərbaycan diasporu buraxılacaq
- AB-nin sanksiya qoyduğu azərbaycanlı kimdir?
- AB-dən Azərbaycan şirkətinə qarşı sanksiya
- Netanyahunun masasındakı gizli plan: İranı 4 yerə bölür
- Bakı və İrəvan arasında sülh sazişi... - Tramp
- Ağdamdakı tarixi məsciddən - Video
- İlham Əliyev İraq prezidentinə başsağlığı verdi